Günün qoroskopu
22 Aprel 2011 05:00
Göylərin mənzərəsi
22 aprel, cümə, XIX Ay günü, Günəş - Buğada, Ay - Oğlaqda, Merkuri - Qoçda, Venera - Qoçda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
QOÇ - Səhhətinizlə bağlı bir ciddi problem olmasa da, özünüzü zəif hiss edəcəksiniz. Yaxın hesab etdiyiniz adamlarda ögeylik görəcəksiniz. Yeni işlərə başlayanlar uğurlu nəticə əldə edəcək. Xeyirsiz işlərə girişməyin.
BUĞA - Öz üzərinizdə çox çalışmalısınız. Təcrübələrinizə arxalana bilərsiz. Özünüzü güclü hiss edəcəksiniz. Uğurlarınız artacaq, ən gərəkli işlər görməlisininiz. Faydalı ünsiyyətlərdən bəhrələnəcəksiniz. Qısqanclıq hisslərinizi göstərməyin.
ƏKİZLƏR - Çalışmalarınızda əməli nəticə yoxdur. Səhhətiniz sizin üçün problem yarada bilər. Maddi imkansızlıq böhran vəziyyətindədir. Səhv etmək limitiniz bitib. Faydalı ünsiyyətlərinizi genişləndirin.
XƏRÇƏNG - Ev dəyişmə və köçmə üçün uğurlu gün deyil. Fəaliyyətinizin əsas işləri gözlədiyiniz kimi rahat alınacaq. Maddi durumunuzla problemlərlə doludur. Səhhətinizlə bağlı narahatlıq yoxdur.
ŞİR - Səhhətinizdən yüngül də olsa problem qarşıya çıxacaq. Yaxın ünsiyyətlərinizi kənar təsirlərdən gözləyin. İşləriniz istədiyiniz kimi asanlıqla alınmir. Səbrlə hərəkət edin,kəskin danışmayın.
QIZ - İşlərinizi sahmana salmaq üçün hələ çox çalışmalısınız. Faydalı ünsiyyətlərı bərpa etmək üçün əlverişli şərait yaradın. Bütün fikrinizi buraxdığınız səhvlərin yaratdığı gərginliyi aradan qaldırmağa sərf edin.
TƏRƏZİ - Maddi imkanlarınızı artırmaq üçün yaranmış uğurlu şəraitdən istifadə etməlısininiz. Məsələlərin həllinə təsir edəcək imkanlarınız genişlənəcək. Uğurlar sizi çaşdırmasın. Ünsiyyətlərinizdə mehriban olmalısınız.
ƏQRƏB - Nəzərdə tutduğunuz planlarınızın əsas bəndləri həll olunmamış qalacaq. Sizi sevən adamların yardımından bəhrələnməlisiniz. Onlar da əsas məsələnin həllində gücsüzdür. Səhhətinizə qarşı qayğılı olmalısınız.
OXATAN - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq, ümumi ovqatsızlıqdan əziyyət çəkəcəksiniz. O qədər də rahat keçməyən bu gündə nəzərdə tutduğunuz məsələlərin bir qədər asanını həyata keçirəcəksiniz. Maddi imkanlarınızı artırmaq fürsətlərini əldən verməyin.
OĞLAQ - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maddi imkanlarınızı artıra bilmək şanslarınızla yanaşı ehtiyaclarınız da çoxalıb. Ruhdan düşməyin. Qənaətlə dolanmağa vərdiş edin. Ünsiyyətlərinizi çoxaldın. Mübahisələrlə heç kəsə heç nəyi sübut edə bilməyəcək, ancaq nüfuzlu mövqeyinizi itirəcəksiniz.
DOLÇA - Gücünüz çoxdur. Problemləriniz azalmaqdadır. Uğurlu imkanlarla dolu olan gündür. Maddi imkanlarınızı artırmaq üçün əlinizi atdığınız heç bir işdə uğur görünmür. Tələsmədən sakit yaşayıb fəaliyyət göstərməyə vərdiş edin.
BALIQLAR - Konkret heç bir iş bacarmayacaqsınız. Maddi durumunuzu yüksəltmək üçün hələ ki, uğurlu şəraidən istifadə etməlisiniz. Ünsiyyətlərinizdə mehribanlıq, qarşılıqlı güzəştlər mövcuddur. Çətin işlərinizi yaxın əhatənizi problemlərə qoşmaqla həll edəcəksiz. Romantik əhval-ruhiyyəniz yüksəkdir.
Milli.Az