Futbolçu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
18 Aprel 2011 18:32
Nigeriya milli komandasının və Yunanıstanın "Skoda" klubunun müdafiəçisi Olubayo Adefemi dünyasını dəyişib. Qol.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu Yunanıstanın İskeç şəhərindən Selanikə gedərkən yol qəzasında həlak olub.
Adı çəkilən futbolçunun evlənməyə hazırlaşdığını və buna görə də Selanik şəhərinə getdiyi bildirilir. Hazırda yunan polisi hadisənin baş vermə səbəblərini araşdırır.
Qeyd edək ki, Adefemi Nigeriya milli komandasının heyətində 3 dəfə meydana çıxmışdı.
Milli.Az
