Mingəçevir şəhər sakini Toğrul Babakişiyevə məxsus ərzaq mağazasına oğru girib.
EL TV (Region TV) xəbər verir ki, ona 700 manat civarında ziyan vurulub. "Yuxarıdan giriblər içəri. Bax burada 3 dənə lambrin sallanır. Buradan düşüblər içəri sərbəst, rahatlıqla. Kisələri yerə dağıdıblar. Sonra oradan şokolad, siqaretlər, alışqan, pivə götürüblər", - deyə mağazanın sahibi Toğrul Babakişiyev bildirib.
Polis tərəfindən aparılan axtarış əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğru Mingəçevir şəhər sakini, 1998-ci il təvvəlüdlü Səbuhi Cümə oğlu Rəsulovdur. O, bundan əvvəl də mağazalardan 4 dəfə oğurluq edib. Hər dəfə də oxşar üsullardan istifadə olunub. "Mağazaya damdan girmişəm. Lambrini söküb içəri girmişəm", - deyə təqsirləndirilən şəxs Səbuhi Rəsulov bildirib.
Səbuhi Rəsulov tutduğu əməllərdən peşman olub. Faktla bağlı araşdırmalar isə davam edir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: