Arzum: “Çoxları onun ideyalarından faydalanır” - VİDEO-FOTOSESSİYA
18 Aprel 2011 17:22
Milli.Az xəbər portalına açıqlamasında hazırda Miziya xanımdan estrada dərsləri aldığını deyən Arzum sənətdə öz dəsti xəttini yaratmaq niyyətində olduğunu da gizlətmədi: "Azərbaycanda müğənnilərin oxu tərzi bir-birnə çox oxşayır. Mən isə bənzərliyi sevmədyim üçün hər zaman ifamda yeniliklər edib digərlərindən fərqlənməyə çalışmışam. Düşünürəm ki, özüməməxsus ifa tərzimi də yarada bilmişəm. İndi isə bunu mükəmmələşdirərək, yüksək şəkildə təqdim etməyə çalışıram".
Onun sözlərinə görə, səhnədə performans, pop və muğam - bu üçlüyün birgə təqdimatı onun yeniliyidir: " İndiyə kimi muğamla bir çox janrların sintezi olub. Hər zaman sevərək dinləyib bəyəndiyim Alim Qasımovun sintezləri də bunun bariz nümunəsidir. Ancaq qeyd edim ki, o muğam ustadı olaraq bunları edib. Mən isə estrada müğənnisi olaraq performans, pop ve muğam üzərində gəzişmələrdən mahnılarımda istifadə edəcəm".