Omanda mitinqlərdən sonra islahatlar başladı
18 Aprel 2011 20:08
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Oman sultanlığının hakimiyyət dairələri ölkə əhalisinin sosial-iqtisadi sahədəki problemlərini həll etmək üçün təqribən 2,6 milyard dollar xərcləmək niyyətindədir.
Oman sultanının bu gün dövlət televiziyası ilə oxunmuş fərmanında belə deyilir.
Fevral ayından başlayaraq paytaxt Maskata ilə yanaşı, ölkənin bir sıra iri şəhərlərində kütləvi etiraz aksiyaları və nümayişlər keçirilib. Aksiya iştirakçıları yeni iş yerlərinini yaradılması, maaşların artırılması, siyasi islahatların keçirilməsi, korrupsiya və məmur özbaşınalığı ilə daha sərt mübarizənin aparılmasını tələb ediblər.
Aksiyaların çoxu polislə toqquşmalarla başa çatıb.
40 ildən bəri hakimiyyətdə olan Oman sultanı Qabus ben Səid nümayiş və mitinqlərin başlanmasından az sonra 50 min yeni iş yerinin yaradılması, rəsmi qeydiyyata alınmış bütün işsizlərə ayda 390 dollar müavinət ödənilməsi, habelə xalqın daha çox qəzəbinə səbəb olmuş bəzi nazirlərin işdən kənarlaşdırılması barədə fərman imzalayıb.
Milli.Az