“Bakının Birincisi” məlum oldu – FOTO

18 Aprel 2011 16:19
Bakıda keçirilən "Bakının Birincisi" adlı II İntellektual Gənclər Festivalı çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual yarışması yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) Milli.Az xəbər portalına verilən məlumata görə, bir neçə saat gərgin keçən yarışmada iştirak edən 30 komandadan 3-ü qalib adını qazanıb. Üç turda keçirilən yarışmanın nəticələrinə görə "EVEREST" komandası qalib adını qazanıb. İkinci yerə "Plus Ultra", üçüncü yerə isə "EKVELİBRİUM" komandası layiq görülüblər. Birinci yerə çıxan komanda xüsusi kubokla təltif edilib. Digər qaliblərə diplomlar və xatirə hədiyyələri verilib.

30 komandada birləşən 180 nəfərin iştirakı ilə keçirilən yarışda tələbələr, bilicilər klublarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ARGTMŞ son iki il ərzində "Nə? Harada? Nə zaman?" oyunu üzrə artıq 3-cü layihəsini həyata keçirir.

Milli.Az