Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana səfəri başladı
18 Aprel 2011 15:24
Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rumıniya Prezidenti Trayan Beseskunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Rumıniya Prezidentinə gül dəstələri təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Trayan Besesku və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Milli.Az