Qartal 7 yaşlı oğlanı aparmaq istədi - FOTO

12 İyul 2016 11:30

Böyük qartal anasının yanında oturmuş 7 yaşlı oğlanı şikar sayaraq onu ovlamaq istəyib. Yalnız ananın müdaxiləsi, qartalı yumruqlaması uşağı ağır travmalardan xilas edib.
Milli.Az The Herald Sun-a istinadən bildirir ki, hadisə Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki "Alice Springs Desert Park"da yaşanıb.
Hadisənin fotolarını Kristina O`Konnoli çəkib.
Olayın şahidi Kinan Lukasın dediyinə görə, qartal balaca oğlanı sanki şikar sayaraq onu caynağına alaraq aparmaq istəyirdi.
 

Milli.Az