7 milyon biçarə aclıqla üzləşib

19 Aprel 2011 07:32
Milli.Az xəbər portalı "Asian Post"a istinadən bildirir ki, Əfqanıstanda 7 milyona yaxın insan aclıq təhlükəsi ilə üzləşib. BMT ekspertlərinin dedikərinə görə, həmin insanlar gündəlik ərzaq ehtiyaclarını ödəyə bilmirlər.

BMT-nin FAO qurumu maliyyə çatışmazlığı ucbatından Əfqanıstanda yaşı 5-dən aşağı olan uşaqlara ərzaq yardımlarının sayını da azaldıb. İndi cəmi 40 min əfqan uşağa yemək paylanır.

Milli.Az