Milli.Az xəbər portalının Televizyongazetesi.com-a istinadən verdiyi məlumata görə, "Flash Model" şirkəti tərəfindən İspaniyadan gətirilən maneken gözəlliyi ilə bütün diqqətləri öz üzərinə çəkib. Reklamdan sonra 25 yaşlı Albaya müxtəlif firmalardan saysı-hesabsız kataloq çəkilişi təklifləri gəlir. Alba Klavın özü küçədə gəzə bilmədiyini deyir: "Bir reklam çarxında oynadım. "33" dedim. Reklam yayımlandıqdan bir neçə saat sonra insanlar adımı haradan öyrəndilər bilmirəm. "Facebook" və "Twitter" səhifələrimə yüzlərlə məktub və şərh yazdılar. İndi də küçədə arxamça qışqırırlar. Türk insanları çox çılğındır. Yolda getdiyim yerdə evlənmək təklifləri də edirlər"...