Şirkətdə faciəvi ölüm
18 Aprel 2011 15:13
Milli.Az-ın Daxili işlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bədbəxt hadisə aprelin 17-də Hacıqabul rayonunda baş verib.
"Bərpa 2009" MMC-də fəhlə işləyən Şöhrət Zərbalıyev Kolanı-Talış kəndləri arası qaz xətlərinin çəkilişi zamanı qazıntıdan toplanmış torpaq layının onun üstünə sürüşməsi nəticəsində ölüb.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. Faktı prokurorluq araşdırır.
Milli.Az