«Real»ın baş direktoru: «Mourinyo məni bezdirib!»
18 Aprel 2011 15:59
Milli.Az xəbər portalının "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, o, portuqaliyalı mütəxəssis Joze Mourinyonun klubun başına gətirilməsinin səhv olduğunu etiraf edib.
"Fikrimcə, Qvardiola ilə daha asan dil tapa bilərdim. Etiraf etməliyəm ki, Mourinyo məni bezdirib! Onun namizədliyini "Real" prezidentinin nəzərinə çatdırmaqla səhvə yol vermişəm. İndi bundan təəssüflənirəm. Amma yenə də Mourinyoya "Real"da uğurlar arzulayıram", - deyə Valdano bildirib.
Qeyd edək ki, baş direktorla baş məşqçi arasında artıq aylardır ki, münaqişənin olduğu haqda KİV-də məlumatlar çoxdan yayılıb. Lakin indiyədək onlardan heç biri bunu təsdiqləməmişdi.
Mourinyo Valdanonun "Real" üçün yaxşı lobbiçilik etmədiyini, İspaniya çempionatında "Kral klubu"nun sıxışdırıldığını düşünür. Valdano isə komandanın göstərdiyi nəticələrdən narazıdır.
Milli.Az