Şeytanın kəsici silahı

12 İyul 2016 23:15

Əmirəl-möminin (ə) buyurur: "Fitnə və fəsad bir neçə şeydən qalxar. Onlardan biri - qadınlarla həddini aşan dostluq və onlara çoxlu əlaqə göstərməkdir. O, şeytan üçün kəsici qılınc olacaqdır. O kəs ki, qadınlara həddindən artıq əlaqə və məhəbbət göstərər - gərək bilsin ki, həyatından və eyşindən bəhrə aparmaz".

İmamın (ə) buyurduğu kimi, şeytanın (lən) kəsici silahı - qadınlara həddi aşan əlaqə göstərməkdir. Tarixdə çox sayda nümunələr vardır ki, insanlar qadınlara olan çoxlu əlaqələrinə görə süqut etmiş və həm dinlərini, həm də dünyalarını əldən vermişdilər. Əgər insan qadına çox qəlb bağlayarsa, eyiblərini görməz. Nəticədə qadın ondan sui-istifadə edər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qadına olan əlaqəyə görə idi ki, Qabil qardaşına kin bəsləyir. Nəticədə də onu öldürür. Bəzi hədislər deyir ki, Allah Habil üçün huri, Qabil üçün isə cinlərdən olan qadın göndərir.
Lutun (ə) həyat yoldaşına görə onun evi ən təhlükəli yerə çevrilir. Nəticədə Lut peyğəmbər (ə) bu azgın insanlara təklif edir ki, qonaqlarına hücum etməsinlər, bəlkə onun qızları ilə ailə qursunlar.
Həmçinin qadının məkrindən idi ki, Misirin Əzizi yeddi il zindanda qalır.
Qədar ibn Salef qadına qəlbini bağladığı üçün həmin qadının istəyi ilə Salehin (ə) dəvəsini kəsir və İlahi əzabın nazil olmasına səbəb olur.
Qadına olan əlaqəyə görə idi ki, Yəhya (ə) peyğəmbərin başı bədənindən ayrılır və evlilik üçün mehriyyə kimi təqdim edilir.
Həmçinin qadının vəsvəsəsi sayəsində Həmzənin qarnı yarılır və ciyəri çıxardılır.
Qutamın əmri ilə lənətlik İbni Mülcəm Əmirəl-möminini (ə) şəhid edir.
Napak qadının hiyləsi sayəsində İmam Həsən (ə) zəhərlənir və şəhid edilir.
Qadının napaklığı sayəsində İmam Cavad (ə) 25 yaşında zəhərlənib şəhid olur.
Tarixdə bunun kimi minlərlə hadisə vardır ki, səbəbkarı qadın olmuşdur. Həqiqətən, şeytanın kəsici qılıncı vardır və biz gərək onun qılıncından çəkinək və ona düçar olmayaq. Şeytan (lən) öz şeytani işlərini çox vaxt qadınların yardımı ilə yerinə yetirər. Əlbəttə burada bütün qadınlar nəzərdə tutulmur. Pak mənəviyyatlı və pak ətəkli qadınlar şeytanın bu xəbis planına daxil deyildir.
Qadınlar gərək Həzrət Zəhranı (s.ə) özləri üçün örnək qərar versinlər.

Milli.Az