“Stratfor”un icraçı direktoru Naxçıvandadır

18 Aprel 2011 13:04
Ali Məclisin sədri maraqlı həyat yolu keçmiş, tanınmış mütəxəssis George Fridmanın muxtar respublikaya səfərindən məmnunluğunu bildirərək deyib: "Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Biz bilirik ki, siz Naxçıvan haqqında geniş məlumata maliksiniz. Qələmə aldığınız maraqlı kitablarınız, uzaqgörən fikirləriniz onu deməyə əsas verir ki, səfəriniz çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbləri ilə görüşünüzdə onlar çox şey öyrənəcəklər". Ali Məclisin sədri George Fridmanın səfərdən məmnun qalacağına, əlaqələrin bundan sonra davam etdiriləcəyinə əminliyini bildirib.

"Mən Naxçıvanı tanımadan Azərbaycanı tanıya bilmərəm", - deyən George Fridman Naxçıvanın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulayıb, muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını bildirib.

Qonaq ikigünlük səfəri çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbələri ilə görüşəcək.

Milli.Az