Ölkə ərazisində güclü külək əsəcək
18 Aprel 2011 12:32
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim cənub-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 7-9, gündüz 18-23 dərəcə isti proqnozlaşdırılır.
Aprelin 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 7-9, gündüz 12-17 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdləri meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında aprelin 19-da havanın, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü olacaq. Gecə 6-11, gündüz 21-26, dağlarda gecə 1-5, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.
Aprelin 20-də hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-9, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacaq.
Milli.Az