Sərsəm keşişdən yeni şok qərar: "Müsəlmanların peyğəmbərini edam edəcəyəm!" - FOTO
18 Aprel 2011 12:38
Milli.Az xəbər portalı "World News Daily"yə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı keşiş Terri Cons yeni qalmaqala əl atıb. O, Hz.Məhəmmədi (s.ə.s) "ictimai məhkəməyə cəlb etmək" niyyətindədir.
"Müdafiə və ittiham üçün ekspertlər tapacağıq. Əgər Məhəmməd peyğəmbər
günahsız bilinərsə, hamının qarşısında İslam və müsəlmanlardan onları
incidən əməllərimizə görə üzr istəyəcəyik. Yox əgər müsəlmanların
peyğəmbəri ona qarşı irəli sürdüyümüz ittihamlarda günahkar bilinərsə,
Quranı yandırmaqla başladığımız prosesi davam etdirəcəyik. Günahkarın
cəzalandırılmasının 4-5 formasını təklif edəcəyik və məhkəmədəki
ekspertlərin seçəcəyi cəza həyata keçiriləcək. Quranla da belə etdik. Bu
kitabı yandırmaq, torpağa basdırmaq, parçalamaq və güllələmək kimi
cəzalardan birini seçdik. Çox yəqin ki, Məhəmməd peyğəmbərin əks
olunduğu bir şəkli seçəcək və ya onun müqəvvasını hazırlayacaq, sonra da
məhkəmədəki ekspertlərə onun üçün edam forması seçməyi təklif
edəcəyik", - keşiş Cons deyib.
Florida ştatının hüquq-mühafizə orqanları Terri Consun bu niyyətini
"absurd və dəlisovluq" adlandıraraq bildiriblər ki, əgər keşiş dediyini
reallaşdırmağa çalışarsa, həbs ediləcək.
Ştatdakı ictimai təşkilatlar və hüquq müdafiəçiləri isə İslamın belə
ağır formada təhqirinə əsla yol verilməməsi üçün müvafiq dövlət
qurumlarına müraciət edərək Terri Consun təxribatlarının qarşısının
alınmasını tələb ediblər.
Milli.Az
