Ermənistanın “donuz oyunu” – FOTO

18 Aprel 2011 15:49
Ermənistanın Türkiyə ilə sərhədində törədilən yanğınlar nəicəsində vəhşi donuzlar Araz çayını keçərək, Türkiyənin İğdır vilayətinə girib. Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, donuzlar İğdırın Tuzluca qəsəbəsində əkin sahələrinə ziyan vurub. Yerli sakinlər hökumət strukturlarından icazə alaraq, donuzları ovlamağa başlayıb.

Kənd sakini Ali Şahnanın sözlərinə görə, ermənilər yanğınları qəsdən törədiblər.

Milli.Az