Məlahət İbrahimqızı: “İctimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr məqsədlərinə çatmayacaqlar”
18 Aprel 2011 11:01
"Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr heç vaxt məqsədlərinə çatmayacaq. Çünki xalqımız həmin qüvvələri çoxdan tarixin arxivinə göndərib". Bunu yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O, bildirib ki, bu gün radikal müxalifət dövlətimizin nüfuzuna zərbə vurmaq istəyir. Millət vəkilinin sözlərinə görə, belə hərəkətləri yalnız anti-milli qüvvələr edə bilər: "Amma belə cəhdlərin heç bir mənası yoxdur. Çünki ictimaiyyətin qanunsuz mitinq cəhdlərinə kəskin etirazı bir daha təsdiqləyir ki, xalqımız bir daha 1990-cı illərin əvvəlini yaşamaq istəmir. Ölkə vətəndaşları Prezidentimizin ətrafında sıx birləşib və həyata keçirilən siyasəti dəstəkləyir".
Milli.Az