«Eurovision-2011»: Türkiyə və Serbiya – VİDEO–FOTO
18 Aprel 2011 10:49
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, yarışda Türkiyəni pop rok-qrup təmsil edəcək. "Yüksek Sadakat" qrupu 1997-ci ildə yaradılıb. "Eurovision"da qrup ingilis dilində "Live It Up" kompozisiyasını ifa edəcək.
Serbiyanı yarışda Danisa Radoyçiç təmsil edəcək. Daha çox "Nina" ləqəbi ilə tanınmış ifaçı 1989-cu ildə Belqradda dünyaya gəlib. O, saysız-hesabsız mahnı müsabiqələrinin qalibidir. "Eurovision"da "Nina" doğma dilində "Caroban" mahnısını ifa edəcək.
Milli.Az hər iki ölkənin "Eurovision-2011"də ifa edəcəyi mahnının kliplərini təqdim edir.