Çində fırtına: 12 ölü

18 Aprel 2011 11:21
Milli.Az xəbər portalının "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət zamanı 118 nəfər yaralanıb.
Qeyd edək ki, vilayətdə dünəndən başlamış leysan yağış güclü külək, dolu ilə müşayiət olunur. Təbii fəlakətin ölkə iqtisadiyyatına 8 milyon dollaradək ziyan vurduğu bildirilir.

Milli.Az