Qasırğa qurbanlarının sayı artır - FOTO

18 Aprel 2011 21:02
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ABŞ-da tüğyan etmiş qasırğa nəticəsində həlak olanların sayı artaraq 47 nəfərə çatıb.
Qasırğanın vurduğu 14 ştat arasında ən çox dağıntı və itkilər Virciniya, Alabama ilə Şimali Karolinadadır.
Güclü küləyin yaratdığı tornado minlərlə evi viran edib, yüzlərlə amerikalının yaralanmasına səbəb olub.

Vircinya ştatında 22, Alabamada - 7, Oklahomada - 2, Arkanzasda - 7, Missisipidə isə 1 nəfər həlak olub.

Üç gün davam edən tornado və qasırğalarda 112 nəfərin yaranandığı, 200 min evin isə elektroenerjisiz qaldığı söylənir.

Milli.Az