"Ulduzdur, nə edim - onun yerinə soyundum" - FOTO
18 Aprel 2011 20:43
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, ABŞ şou-biznesinin ulduzlarından biri, Hollivudun ən məşhur aktrisaları arasında yer alan Natali Portmanın daha bir dublyorunun olduğu aşkarlanıb.
Daha doğrusu, həmin dublyor özü haqsızlığa məruz qaldığını söyləyib.
Portmanın çəkildiyi son film olan "Qara qu quşu" lentində Hollivud ulduzunu iki səhnədə əvəzlədiyini deyən Kerolayn Devisin dediyinə görə, əməyinə görə çox az pul alıb.
"Filmdəki səhnələrdən birində Natali buz kimi soyuq suyun içinə atılmalıydı. Onun əvəzinə mən oynadım. Ulduzdur, nə edim - onun yerinə soyundum. Əməyimin əvəzində isə mənə cəmi 250 funt-sterlinq verdilər", - irlandiyalı Devis deyib.
Portmanın digər dublyoru isə "Qara qu quşu" filmində balerina obrazı yaratmış aktrisanın əslində balet rəqs edə bilmədiyinii deyib.
"Lakin Natali bunu heç yerdə söyləmir və hamı da mənim rəqsimi, mənim bədənimi Portmana aid edir", - dublyor söyləyib.
Milli.Az





