Suriyada etiraz dalğası səngimir
18 Aprel 2011 09:07
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Suveyda şəhərində küçələrə axışan adamlar "Allah, Suriya, Azadlıq!" qışqırıblar. Fəallar sosial şəbəkələrdən istifadə edərək insanları nümayişləri davam etdirməyə çağırıblar.
Prezident Bəşər Əsəd dünən xalqa ünvanladığı müraciətdə onillərlə davam edən fövqəladə vəziyyət haqda qanunları ləğv edəcəyini bildirib. Suriyalılar vətəndaşların məhkəməsiz həbsinə icazə verən bütün qanunların ləğv olunmasını tələb edirlər.
Prezidentin müraciətindən sonra da nümayişlər davam edib.
Əsəd deyib ki, Suriyada sabitlik əsas prioritetdir və təhlükəsizlik qüvvələrinə nümayişçilərlə necə davranmaq üçün əlavə təlimlər lazımdır.
Milli.Az