Aprelin 18-nə olan hava proqnozu
18 Aprel 2011 02:00
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.
Temperatur gecə 6-8°, gündüz 12-15° isti təşkil edəcək.
Bakıda gecə 6-8° , gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 7-12° isti, gündüz 20-25° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, duman olacaq.
Temperatur gecə 1-5° isti, gündüz 12-16° isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, duman olacaq.
Temperatur gecə 6-9° isti, gündüz 17-22° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə qlsamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 11-16° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 18-23° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.
Temperatur gecə 7-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-6° isti, gündüz 15-17 ° isti təşkil edəcək.
Milli.Az