Azərbaycanın tanınmış arxeoloq-tarixçisi vəfat edib

7 İyul 2016 16:31

Azərbaycanın tanınmış arxeoloq-tarixçisi, tarix elmləri namizədi  Fazil Osmanov vəfat edib. 

APA-nın xəbərinə görə, Fazil Lətif oğlu Osmanov  1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olub. Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili alıb, Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universitetinin) tarix fakültəsində oxuyub. 1968-ci ildə "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III - b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

Milli.Az