Günün qoroskopu
19 Aprel 2011 05:00
Göylərin mənzərəsi
19 aprel, çərşənbə axşamı, XVII Ay günü, Günəş - Qoçda, Ay - Əqrəbdə, Merkuri - Qoçda, Venera -Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda
MÜNƏCCİM ÖNCƏGÖRÜMLƏRİ
QOÇ - Əgər maddi vəziyyətinizi yüksəltmək qayğısına qalmasanız, çox tezliklə peşiman olacaqsız. İndi biznes planlarını həyata keçirmək üçün imkanlarınız genişdir. Bacardıqca az əsəbiləşin.
BUĞA - Özünüzü vəziyyətin ağası kimi hiss edəcəksiniz. Nəzərdə tutduğunuz xeyriyyə tipli məsələləri həll etmək sizin üçün çətinlik törətməyəcək. Səhhətinizdən şikayətiniz olmayacaq.
ƏKİZLƏR - Hər məsələyə ciddiliklə yanaşmayın. Həlli mümkün olmayan problemlər cəmi iyirmi faizdir. Cəksən faiz problem isə, demək olar ki,öz-özünə həll olunur. Səhhətinizin qayğısına qalın.
XƏRÇƏNG - Ötən günlərin məstedici nostaljisilə vaxtınızı xəyallar aləmində uçmayın - reallığa qayıdın. Bir işdən yapışıb, onun mütləq həyata keçməsi üçün cəcarətlə hərəkət edin.
ŞİR - Sizə təklif edilən xeyirxahlığın içində yamanlıq axtarsanız, onu əldən vermiş olarsınız. Hər işi vaxtında görüb qurtarın. Öz işinizə görə heç kəs sizə yalvaran deyil .Bütün insanlara hörmətlə yanaşın.
QIZ - Əlinizdə imkan var ikən, hamıya xeyirxahlıq göstərin. Yaxın vaxtlarda onun şirin bəhrəsini dadacaqsınız. Axı kim nə eləyirsə, özünə eləyir. Hələ ki,maliyyə uğurlarından danışmaq tezdir.
TƏRƏZİ - Uğurlarınızı çoxaltmaq istəyirsinizsə ,ancaq öz işinizlə məşğul olun. Diqqətinizi əsas işinizdən ayırıb başqalarınım problemlərinə yönəltməyin. Səhhətinizi yorub incitmisiniz. İndi qayğısını çəkməlisınız.
ƏQRƏB - Romantik əhval-ruhiyyəniz yüksəkdir. Düşündüklərinizi həyata keçə biləcək plan çəklinə sala bilirsiz. Ünsiyyətlərə arxalanmamış indi ciddi bir iş görmək məsləhət deyil.
OXATAN - Dünya haqqıdakı fəlsəfi fikirləriniz sizi bədbinliyə gətirib çıxarmamalıdır. Özünüzdə çalışqanlıq stimulu yaradın ki, əldə etdikləriniz planlaşdırdığınıza uyğun gəlsin.
QĞLAQ - Burbaşa və kəskin sözlərdən hələ ki, imtina etsəniz, ünsiyyətlərinizdə narazılıq olmaz. İndi onun hesabına daha çox iş görə bilərsiniz. Mənfəət haqqında düşünmədən fəaliyyət göstərın. Pul özü gələcək.
DOLÇA - Məxariciniz mədaxilinizdən çoxdur. Prinsiplərinizə uyğun gəlməyən mənbələrdən imtina etməyinizin yeri var. Sizi vicdanlı və ağıllı adam kimi tanıyırlar. Bu, əslində, belədir. Ünsiyyətdə güzəştə gedin.
BALIQLAR - Ətrafda baş verən məsələləridə maraqlarınızın daha az olduğuna baxmayaraq, daha çox bəhrələnən də siz olacaqsınız. Ayıqlıq göstərin. Pis vərdişlərinizdən imtina edin. Hələ ki,pul yoxdur.
Milli.Az