Ermənistandakı vəziyyət ölkəni sosial qiyama sürükləyir
16 Aprel 2011 20:59
Milli.Az xəbər portalı ANS-PRESS-ə istinadən bildirir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ermənistan məsələləri üzrə Monitorinq Komitəsinin həmməruziçələri Con Preskott və Aksel Fişer Ermənistan hökumətini ölkədə islahatlar proqramları həyata keçirməyə çağırıb. Onlar bu islahatlar aparılmadığı halda ölkədə siyasi vəziyətin sosial üsyanlara gətirib çıxaracağından ciddi narahatçılıqlarını bildiriblər.
AŞ PA-nın rəsmi internet saytında yerləşdirimiş bəyanatda deyilir ki, həmməruzəçilər Con Preskott və Aksel Fişer Ermənistan hökumətinin polis, hüquq nmühafizə, məhkəmə və seçki sistemlərində islahatlar aparmaq təşəbbülərini alqışlayır. )nlar bəyanatlarında indi artıq bütün bu təşəbbüslərin həyata keçirmək vaxtının olduğunu qeyd edillər.
Həmmürəziçələr qeyd edir ki, qanunvericilikdə təşəbbüslərin olması yetərli deyil. Bütün bunlar qüvvədə olan siyasətlə və təcrübədə nümayiş etdirilməlidir.
Həmməruziçələrin bəyanatında deyilir ki, Ermənistanda 2008-ci ilin 1 mart tarixində baş vermiş hadisələrlə bağlı hələ də bir neçə insanın həbsdə olması, bu hadisədə 10 nəfərin ölüm faktının lazımınca araşdırılmaması Ermənistanın siyasi mühitinə hələ də mənfi təsir etməkdə qalır. Təbii ki, bütün bunlar da Ermənistanda qarşıdan gələn seçlikərə də mənfi təsir göstərəcək.
Bəyanatda həmçinin deyilir ki, hazırda ölkədəki seçkilərdə bağlı olan vəziyyət siyasi narahatçılıqlar doğurur və ölkədə sosial və iqtisadi mühitə mənfi təsir edir ki, bu da sonda soisal qiyama gətirib çıxara bilər. Məruzəçilər hesab edir ki, əgər tez bir zamanda ölkədə vəziyyət düzəlməsə və ya ölkədə siyasi vəziyyətdə irəliliyişlər olmasa, vəziyyət daha pisləşə bilər. Bunun isə bir çıxışyolu var, o da demokratik, şəffaf seçkilərin keçirilməsidir.
Milli.Az