Qurban Qurbanov: "Qələbə bizim üçün daha vacib idi"
16 Aprel 2011 20:48
Apasport.az saytının xəbərinə görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Premyer Liqanın XXVII turunda səfərdə "Bakı" ilə xalları yarı böldü. Qolsuz bərabərlik nəticələnən görüşdən sonra Qurbanov fikirlərini açıqlayıb: "Bir çox qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. "Bakı"nın da ikinci hissədə fərqlənmək üçün bir neçə imkanı oldu. Bugünkü oyunda 1 xal qazandıq. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq".
Milli.Az