Azərbaycan Prezidenti İlham Əliyev Suriya prezidenti Bəşşar əl-Əsədi təbrik edib

16 Aprel 2011 19:25
Azərbaycan prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının prezidenti Bəşşar əl-Əsədə təbrik məktubu göndərib.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İlham Əliyev Bəşşar əl-Əsədi Suriya Ərəb Respublikasının milli bayramı - Evakuasiya günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik edib.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Azərbaycan-Suriya münasibətləri xalqların mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcək.

Milli.Az