Xəzər Lənkəran – İnter matçının hakimləri açıqlandı
16 Aprel 2011 19:05
Premyer Liqanın 27-ci turunun "Xəzər Lənkəran" - "İnter" oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Milli.Az xəbər portalı "Azerisport.az"a istinadən xəbər verir ki, qarşılaşma Rövşən Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunacaq.
Premyer Liqa
27-ci tur
16 aprel (şənbə)
Xəzər Lənkəran - İnter
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 19:00
Milli.Az