Oğullarını öldürüb şəkillərini çəkdi - FOTO

16 Aprel 2011 18:30
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı Qrem şəhərində yaşayan 28 yaşlı Qabriel Armandariz iki oğlunu qətlə yetirməkdə ittiham edilir.
O, 2 yaşlı Qatlin və 8 aylıq Lukanı qətlə yetirməzdən əvvəl oğulları ilə birlikdə şəklini çəkib. Sonra da o, boşadığı arvadı və oğullarının anası Sintiya Bredliyə həmin şəkli mobil telefon vasitəsilə yollayaraq "Səni çox sevirik" yazıb.

Boşandığı ərindən bu MMS mesajını alan Sintiya narahat olub.

İlk MMS-dən sonra isə Qabriel keçmiş arvadına ikinci şəkli yollayıb. Həmin şəkildə Luka boğazından asılmış vəziyyətdə idi.

"Ürəyimə dammışdı ki, o əclaf, oğullarımın başına iş açacaq. İkinci MMS-i alanda az qaldı ağlımı itirim. Körpə Lukanı asılmış görmək... Polisə zəng vurdum, Qabrielin mənim qisasımı oğullarımdan aldığını söylədim. Polis də onun axtarışına çıxdı. Yalnız 10 saat sonra oğullarım tapıldı. Qabriel artıq onları qətlə yetirmişdi", - Sintiya Bredli bildirib.

Texas ştatının qanunvericiliyinə görə, Qabriel Armandizi ömürlük həbs cəzası və ya edam gözləyir.

Sintiya Bredli indi ruhi xəstəxanadadır.

Milli.Az