15 yaşlı gənc özünü asdı
5 Mart 2010 15:13
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Qaralar kənd sakini, 15 yaşlı Asif Əliyev bu gün saat 12:00 radələrində özünü asıb.
Mərhumun meyiti kənd ərazisindəki otlaq sahəsində ağacdan kəndirlə asılmış vəziyyətdə aşkar edilib. A.Əliyev kənddə çobanlıq edirmiş. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (öüzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az