Abdulla Gül "Solotürk"ə qatıldı - FOTO
16 Aprel 2011 17:05
Milli.Az xəbər portalı DHA-ya istinadən bildirir ki, Türkiyə Hava Qüvvələrinin 100 illiyi çərçviəsində "F-16" qırıcı-bombardmançı təyyarələrinin nümayiş variantı olan "Solotürk" qırıcısının ilk uçuşu olub.
Təyyarənin uçuşuna həsr olunmuş mərasimdə Türkiyə prezidenti Abdulla Gül də iştirak edib.
"Bü mərasim və nümayiş hamımız üçün qürur mənbəyidir. Pilotlarımızın ustalığı da çox yüksək səviyyədədir. Ölkə səmalarında ulduz təki parlayan, müdafiə gücümüzün önəmli hissəsi olan Türkiyə Hərbi-Hava Qüvvələri bundan sonra da güclənəcək, inkişaf edəcək", - Gül deyib.
Milli.Az






