Nigeriyanın yeni prezidenti kim olacaq?
16 Aprel 2011 16:44
Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, bu səhər Nigeriyada prezident seçkiləri başlanıb. 73 milyon seçici dövlət başçısını seçəcək.
Dövlət Seçki Komissiyası qanunvericilikdə müəyyənləşdirilmiş qaydalara riayət edilməsi üçün sərt tədbirlərə əl atır.
Seçkilərdə indiki dövlət başçısı, əslən ölkənin neftlə zəngin bölgəsindən olan Qudlak Conatan əhalisinin əksəriyyəti müsəlmanlar olan şimalın təmsilçisi, sabiq hərbçi diktator Məhəmməd Buxari ilə mübarizə aparır.
Antikorrupsiya İdarəsinin rəhbəri Nuhu Ribadu ilə Kano ştatının qubernatoru Kano İbrahim Şekaru da namizəddir, amma onların qələbə şansları azdır.
Aprelin 26-dı isə Nigeriyanın 36 ştatının yerli özünüidarətmə orqanlarına seçkilər keçiriləcək.
Milli.Az