Yaponiya yenə silkələndi
16 Aprel 2011 16:07
Milli.Az xəbər portalı "Kyodo"ya istinadən bildirir ki, bu gün Yaponiyada yenə zəlzələ baş verib. Yeraltı təkanların gücü Rixter şkalası ilə 5,9 bal olub. Zəlzələnin episentri Totiqi prefekturasında, 70 km dərinlikdə olub.
Yaponiya Milli Meteorologiya İdarəsi sunami təhlükəsini elan etsə də, 4 dəqiqə sonra elanı ləğv edib. Tokiodakı Narita hava limanı işini dayandırıb.
"Fukusima-1" atom-elektrik stansiyasında isə reaktorların soyudulması prosesi normal rejimdə davam edir. Yeni zəlzələ AES-dəki təmir işlərinə təsir etməyib.
Milli.Az