Məhsulun keyfiyyətini yoxlayan cihaz ixtira olunub

16 Aprel 2011 16:31
Milli.Az xəbər portalı "Science Daily"-yə istinadən xəbər verir ki, məhsulun keyfiyyətini yoxlamaq üçün xüsusi yoxlayıcı plyonka ixtira edilib. Franqufer Tədqiqat İnstitutu tərəfindən ixtira olunmuş plyonka, məhsul köhnə olduğu halda, rəngini dəyişib, yaşıl rəngə çevrilərək, bu haqda alıcını xəbərdar edir.
Mağazadan paketlənmiş halda alınan ət və balıq məhsullarının təzə olması, hər bir alıcını maraqlandırdığı üçün, yeni ixtiranın da böyük maraqla qarşılanacağı gözlənilir.

Milli.Az