Zidan “Mövlud” oxuyacaq

17 Aprel 2011 17:33
Türkiyə Prezident Administrasiyası xüsusi layihə hazırlayıb. Məşhur türk bəstəkar Salman Adanın "Kantata" formasında simfonik bir əsər olaraq

bəstələdiyi Mövlud, 20 apreldə Sultanəhməd Meydanında səsləndiriləcək. Təşkilatçılıq işini Əhməd Sanın öz boynuna götürdüyü proqramda Mövludun

üç dildə də poetik təqdimatı reallaşdırılacaq. Bu təqdimat məşhur futbolçu Zinəddin Zidan, məşhur aktyor Jerar Depardye, Maykl Ceksonun

qardaşı Cerman Cekson və "Yaşıllar Partiyası"nın rəhbərlərindan biri olan Cem Özdəmir tərəfindən icra ediləcək.

Rəsulullahın (s.ə.s) doğumunu və həyatını mədh edən, dini ədəbiyyata "Mövlud" adı ilə düşən Nət janrında saysız gözəl əsərlər qələmə alınıb. Ərəbcədə, farscada, türkcədə, bir sözlə, demək olar ki, bütün müsəlman xalqların dilində mövludlar yazılıb. Mütəxəssislər uzun araşdırmadan sonra belə bir qərar veriblər ki, bu ancaq heç biri Osmanlı dövlətində yaşamış Süleyman Çələbinin yazdığı "Vəsilətun-Nicat" adındakı Mövludi-Şərif qədər yaddaşlara və ürəklərə yerləşməyib.

"Allah adın zikr edək əvvəla

Vacib oldu cümlə işdə hər qula

Allah adın hər kim ol əvvəl ana

Hər işi asan edər Allah ona" - misralarıyla başlayan bu gözəl əsər, müqəddəs kitabımız Qurani-Kərimin nazil olmasını 1400-cü ilində, Müqəddəs Doğum Həftəsində bütün dünyanın qarşısında bir daha səsləndiriləcək. Ancaq bu dəfə Mövludu həmişə olduğu kimi, mövludxanalardan (mövlud oxuyan) deyil, təxminən 400 nəfərlik nəhəng bir xordan dinləyəcəyik.

 Mövlud tədbirləri çərçivəsində Türkiyə Prezident Administrasiyası xüsusi layihə hazırlayıb. Məşhur türk bəstəkar Salman Adanın "Kantata" formasında simfonik bir əsər olaraq bəstələdiyi Mövlud, 20 apreldə Sultanəhməd Meydanında səsləndiriləcək. Təşkilatçılıq işini Əhməd Sanın öz boynuna götürdüyü proqramda mövludun üç dildə də poetik təqdimatı reallaşdırılacaq. Bu təqdimat məşhur futbolçu Zinəddin Zidan, məşhur aktyor Jerar Depardye, Maykl Ceksonun qardaşı Cerman Cekson və "Yaşıllar Partiyası"nın rəhbərlərindan biri olan Cem Özdəmir tərəfindən icra ediləcək.

Mövlud kantatasının təşkilatçılığını öz üzərinə götürən Əhməd San bu layihəni, əvvəlcə, Türkiyənin 10 şəhərində, sonra da 12 ölkədə sərgiləməyi planlaşdırdıqlarını söyləyir. Salman Ada bu əsərini mətnin ruhuna sadiq qalaraq bəstələdiyini vurğulayır. O, mövludun dünyada tanınması baxımından bu bəstənin çox əhəmiyyətli olacağını düşünür: "Bu il Qurani Kərimin nazil olmasının 1400-üncü ilini qeyd edirik. Bu əsərin dünya ictimaiyyətinin marağını çəkəcəyinə inanıram. Bu layihəni gerçəkləşdirmək üçün dünyanın müxtəlif ölkələrindən olan dostlarıma müraciət etdim, hamısı da mənim təklifimi məmnunluqla qəbul etdilər. Mövludun ingiliscə təqdimatını Cerman Cekson dərhal qəbul etdi. Almanca üçün "Yaşıllar Partiyası"nın rəhbəri Cem Özdəmirə üz tutduq, məmnuniyyətlə qarşıladı. Fransızca üçün köhnə futbolçu Zinəddin Zidanı seçdik, o da razılaşdı, amma həmin variantı biz Fransada, ya da İspaniyada reallaşdıracağıq. Eyni zamanda əsərin ikinci versiyası üçün Jerar Depardyeyə təklif etdik, o da: - "Niyə olmasın?"- dedi. Görüşmələrimiz davam edir. İngilis variantı üçün ikinci bir "ulduz"la görüşmə halındayıq, prinsipcə razılıq əldə olunub".

"Zaman Azərbaycan" qəzeti