Rusiyada zabit azərbaycanlı taksi sürücüsünü öldürdü
16 Aprel 2011 11:00
Moskvada Rusiya güc strukturlarından birinin zabiti Azərbaycan vətəndaşını bıçaqlayıb. Milli.Az xəbər portalının "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, zabitlə taksi sürücüsü arasında mübahisə yolun hərəkət hissəsinin bölüşdürülə bilməməsi ilə əlaqədar yaranıb. Xidmətdə olmayan zabit taksi sürücü ilə mübahisəyə girişib və nəticədə qarşıdurma yaranıb.
RİA "Novosti"nin dəqiqləşdirdiyi məlumata görə, qətlə yetirilən azərbaycanlının 57 yaşı var.
Milli.Az