Ayasofiya məbədində 85 il sonra azan səsləndirildi

2 İyul 2016 12:15

Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məbədində 85 il sonra azan səsləndirilib. 

Milli.Az report-a istinadən bildirir ki, Türkiyə dəyanət işləri başqanı Mehmet Görməz Ayasofiya muzeyində təşkil edilmiş "Qədr gecəsi" mərasiminə qatılıb. 

Tədbirdə ilahiyyatçılar, müəzzinlər, hafizlər və başqaları da iştirak ediblər. Mərasimdə "Qurani Kərim" və ilahilər oxunub, dualar edilib. Sonda sübh azanı səsləndirilib. 

Milli.Az