Polat Alemdarla Sultan Süleyman qarşı-qarşıya: gün davası

2 İyul 2016 10:07

Türkiyənin uzun müddətdir yayımlanmasına baxmayaraq yenə də reytinqlərə liderlik edən serialı "Kurtlar Vadisi Pusu" barəsində yeni iddialar səsləndirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialar görə, serial yeni mövsümdə kanal dəyişdirə bilər. Buna səbəb isə məşhur aktyor Halit Ergençin də Kanal D-nin yeni "Vatan Haini" serialının cümə axşamı günü yayımlanmasını istəməsidir.

Kanal D isə, hələ ki, onların heç birinin təklifini qəbul etməyib. Əgər Halitin serialının cümə axşamı günü yayımlanması dəqiqləşsə, "Kurtlar Vadisi Pusu" başqa kanala keçməli olacaq.

Qeyd edək ki, "Kurtlar Vadisi Pusu" ilk gündən ancaq cümə axşamları yayımlanıb.

Maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.

Milli.Az