"Day.az" komandası məşhur telelayihədə qələbə qazanıb - FOTOSESSİYA

15 Aprel 2011 22:25
Day.Az saytının, Milli.Az xəbər portalının və Day.Az radionun əməkdaşlarından ibarət komanda
qalib gələrək növbəti mərhələyə adlayıb.
Komanda Vüqar Vüqarlı, Emruz Məmmədli, Firuzə Abbasova və Türkan Məmmədlidən ibarət olub.

"Day.az" komandası tanınmış skripkaçı Səlimin başçılıq etdiyi musiqiçilər komandasına rəqib olub. 

Yarışın sonunda "Day.Az" komandası 100-dən çox xal üstünlüyü ilə intellektual müsabiqədə növbəti qələbə çalıb.
 
Qeyd edək ki, "Tap dostum" proqramın aparıcısı Azərbaycan şou-biznesinin tanınmış simalarından biri, müğənni və bəstəkar Rəhim Rəhimlidir.

Milli.Az