Azərbaycan-Malta parlamentlərarası işçi qrupu yaradılıb
15 Aprel 2011 19:19
Milli.Az xəbər portalının Azadinforma istinadən yaydığı xəbərə görə, Azərbaycan parlamenti bu gün yeni parlamentlərarası işçi qrupunu təyin edib. Bu, Azərbaycan-Malta arasında parlamentlərarası işçi qrupudur.
Qrupa sədr Qüdrət Həsənquliyev seçilib. Q.Həsənquliyev əvvəllər Azərbaycan-Belçika parlamentlərarası işçi qrupunun rəhbəri idi. Onun yerinə isə millət vəkili Elxan Süleymanov seçilib.
Milli.Az