«Çelsi»nin baş məşqçisi postuna yeni namizəd
15 Aprel 2011 18:50
Milli.Az xəbər portalının "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, "Liverpul" və "İnter"in sabiq çalışdırıcısı Rafael Benitez "Zadəganlar"a rəhbərlik etməyə namizədlərin cərigəsinə əlavə olunub. Məlumata görə, əsas diqqətini Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinqə yönəltmiş "Çelsi"nin sahibi Roman Abramoviç ehtiyat variant kimi Benitezin namizədliyini də nəzərdən keçirir.
Benitezin xidmətində "Yuventus" və "Atletiko"nun da maraqlı olduğu bildirilir.
Milli.Az