Taekvondoçularımız Koreyaya gediblər

15 Aprel 2011 17:33
Azərbaycan Taekvondo Federasiyasının Mətbuat Xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, idmançılarımız məşqlərdən əlavə, təcrübəli yerli klublarla yoxlama görüşləri də keçirəcəklər. Dünya çempionatına gəlincə, kişilər arasında yarışda ölkəmizi Samir Aydınov (-54 kq), Ziya Qasımov (-58 kq), Fariz Əliyev (-63 kq), İlkin Şahbazov (-68 kq), Elvin Məmmədov (-74 kq), Ramin Əzizov (-80 kq), Təvəkkül Bayramov (-87 kq) Aydın Bəhməlov (+87 kq) təmsil edəcək. Qadınların mübarizəsində isə Xəyalə Quliyeva (-46 kq), Türkanə Tahirli (-49 kq), Nigar Hacıyeva (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Səbinə Mikayılova (-62 kq), Vonkyuq Kim (-67 kq), Yelena Abbasova (-73 kq) və Fəridə Əzizova (+73 kq) iştirak edəcək.

Taekvondoçularımız hazırlığı seçmə komandanın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin, məşqçilər Conq Conqbay, Elnur Amamnov və Niyaməddin Paşayevin rəhbərliyi ilə davam etdirirlər. Qeyd edək ki, yarışdan əvvəl Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin toplantısı, eləcə də Taekvondo üzrə Beynəlxalq Elmi Simpozium keçiriləcək.

Milli.Az