«Minilliyin çağırışı» Ermənistanın maliyyələşdirilməsini dayandırır
15 Aprel 2011 17:39
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, ABŞ-ın Yerevandakı səfiri Mari Yovanoviç buna ölkənin idarəetmə sistemindəki çatışmazlıqların səbəb olduğunu bildirib. O, deyib ki, Yerevan çatışmazlıqları aradan qaldırarsa, maliyyələşmə bərpa oluna bilər: "Bu, Ermənistan hökumətinin tələblərimizə cavab verməyən bəzi göstəriciləri qaydaya salmasına stimul ola bilər".
Səfir çatışmazlıqlar arasında mətbuat azadlığı sahəsindəki problemləri, seçkilərdəki nöqsanları və mitinqlərin keçirilməsinə yaradılan maneələri göstərib.
Milli.Az