ABŞ erməniləri Obamaya qarşı
15 Aprel 2011 16:52
Milli.Az xəbər portalının erməni KİV-nə istinadən verdiyi məlumata görə, onlar Ağ Ev sahibini "erməni soyqırımı"nın tanınacağına dair vədinə əməl etməməkdə günahlandırır.
"Armenian Genocide Community Task Force" işçi qrupunun bu haqda yaydığı bəyanatda bildirilir ki, etiraz aksiyası aprelin 21-də Kaliforniyada Obama üçün vəsaitin yığılması zamanı keçiriləcək.
"Obama növbəti müddətə prezident seçilmək üçün apardığı kampaniya çərçivəsində Los-Ancelesdə olacaq. Bu zaman o, bizim ciddi məyusluğumuzun şahidi olmalıdır. Bütün diaspor arasında ən böyük erməni icması olaraq, biz kütləvi şəkildə etirazımızı hər kəsə çatdırmalıyıq", - deyə bəyanatda bildirilir.
Milli.Az