Çeynədiyi saqqızlardan heykəl düzəldir - FOTO
15 Aprel 2011 21:47
Milli.Az xəbər portalı "European"a istinadən bildirir ki, slovakiyalı rəssam David Havetta nikotin asılılığını azaldan saqqızlardan unikal heykəllər yaradır. 65 yaşlı sənətçinin dediyinə görə, hələ uşaqlıq yaşlarında siqaret çəkməyə başlasa da, 25 il əvvəl nikotin asılılığından qurtulub.
"Heç düşünməzdim ki, siqaretdən qurtulmağımda mənə yardımçı olmuş saqqızlardan nə zamansa heykəllər üçün istifadə edə bilərəm. Çeynədiyim saqqızları iş otağının qapısının dəstəyinə yapışdırırdım. Dəstəkdəki saqqız topası böyüyürdü və günlərin birində həmin topaya barmağımı basanda gördüm ki, plastilin kimi elastikdir. Beləcə, həmin saqqızlardan kiçik heykəlciklər hazırlamağa qərar verdim", - Havetta deyib.
Milli.Az



