Siyavuş Novruzov: “Alternativ hərbi xidmət, əsasən, dinini və cinsini dəyişmiş insanlara şamil olunur”

15 Aprel 2011 16:40
"Azərbaycanda hərbi xidmətdən yayınan bir neçə nəfər alternativ xidmət keçmək istəyir". APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı, Respublika Çağırış Komissiyasının üzvü Siyavuş Novruzov deyib.

"Alternativ xidmət, əsasən, dinini və cinsini dəyişmiş insanlara şamil olunur. Başqa hallarda kimsə alternativ xidmətdən yararlana bilməz. Üstəlik Azərbaycanda hələ "Alternativ xidmət haqqında" qanun da yoxdur", - deyə S. Novruzov vurğulayıb.

Millət vəkili qeyd edib ki, hazırda ölkə üzrə gənclərin həqiqi hərbi xidmətə çağırışı prosesi normal davam edir. Həqiqi hərbi xidmətdən yayınma hallarının ümumilikdə qeydə alınmadığını deyən deputatın sözlərinə görə, bəzi çağırışçıların ölkədə olmaması kimi problemlərlə rastlaşırlar.

Milli.Az