Bələdiyyəyə namizədin çox "maraqlı" təbliğatı var - FOTO

15 Aprel 2011 20:08
Milli.Az xəbər portalı "El Mundo"ya istinadən bildirir ki, İspaniya Demokrat Partiyasından olan siyasətçi Sole Sançes Menorka şəhərindəki təbliğat kampaniyasında yolverilməz hərəkət etməkdə suçlanıb.
Sitadeliya şəhər bələdiyyəsinə seçkilərə namizəd qismində qatılmış Sançes təbliğat plakatalarında öz şəklindən istifadə edib.

Amma çox qeyri-adi, "maraq"lı şəkildə.
Plakatlarda lüt soyunmuş Sançes ön plandadır və onun arxasında durmuş kişi qadının döşlərini sıxır.

Şəklin aşağısına isə "Dos Grandeps Argumentos", yəni "İki böyük arqument" yazılıb.
Bir qədər sonra isə Sançesin əl-ayağı bağlı, alt paltarında olduğu vəziyyətdə çəkilmiş şəklinin yer aldığı plakat da peyda olub.

İspaniyanın Qadın Hüquqları Cəmiyyəti bu plakatları "seksist" adlandıraraq qətiyyətlə pisləyib.
İspaniyada siyasi mübarizədə əvvəllər də qadın siyasətçilər soyunaraq plakat çəkdirmişdilər. Məsələn, 2006-cı ildə Kuitadans şəhərinin bələdiyyəsinə seçkilərdə Alberta Rivera lüt soyunub şəkil çəkdirmiş və çılpaqlığı "şəffaflıq nümunəsi" kimi qələmə vermişdi.

Milli.Az