Bağırmaqla ingilis dili öyrənmək olarmı? - VİDEO-FOTO

15 Aprel 2011 21:12
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, Çinin Quanjou vilayətində yaşayan Li Yan qeyri-adi tədris proqramı yaradıb. O, ingilis dilini bağıraraq öyrənməyi təklif edir.
Yan tələbələrini küçə və maeydanlarda qışqıraraq bildikləri sözləri deməyə çağırır.

"İnsanlar çox utancaq olur bəzən. Xüsusilə də Çin mədəniyyətində sakit, başıaşağı, asta danışan insan mədəni sayılır. Mən isə bunun tam əksinii təklif edirəm və deyirəm ki, ingilis dilini öyrənmək istəyən insan bildiyi kəlmələri bağıraraq söyləsin. Təcrübəm və apardığım müşahidələr də gümanımı dəfələrlə təsdiq edib", - Li Yan deyib.

O, yeni metodikasını "Grazy English" adlandırıb.
Li Yanın indi 30 mindən artıq tələbəsi var. Onlar da təbii, ingilis dilini bağıraraq öyrənirlər.

Milli.Az